Ağdaşda itkin düşən 2 yaşlı uşaq tapılıb

 17:43 06.03.2021     273

Ağdaş rayonunda itkin düşən 2 yaşlı uşaq tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə Rayon Polis Şöbəsinə müraciət edən rayonun Qaraoğlan kənd sakini sonuncu dəfə yaşadıqları evin qarşısında oynayan 2 yaşlı övladının itkin düşdüyünü bildirib

 Polis tərəfindən keçirilən tədbirlər zamanı azyaşlı axşam saatlarına doğru  polis serjantı Rauf Yunusov tərəfindən su kanalının kənarında köməksiz vəziyyətdə tapılaraq  ailəsinə təhvil verilib.