Göyçayda 3 nəfər zəhərlənib

 23:40 06.03.2021     305

Göyçay rayonunda zəhərlənmə hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, bu gün rayonun Hacıağabəyli kənd sakinləri, 1987-ci il təvəllüdlü Quliyev Rahib Telman oğlu və 2000-ci il təvəllüdlü Şahbazov Əmrah Vüqar oğlu, Məlikkənd kənd sakini, 1971-ci il təvəllüdlü Əliyeva Qızılgül İdris qızı zəhərləndiyi üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların spirtli içki və dərmandan zəhərləndiyi ehtimal olunur.

Hazırda onların hər biri həkim nəzarətindədir. //APA