Bakıda külək ağacı avtomobilin üzərinə aşırıb

 16:00 07.03.2021     260

Bakıda güclü külək fəsadlar törətməyə davam edir. 

Redaktor.az-ın məlumatına görə, küləyin təsiri nəticəsində Yasamal rayonunda ağac minik avtomobilinin üzərinə aşıb. 

Avtomobilə ciddi ziyan dəyib. //APA