Yevlaxda yol qəzası: Xəsarət alanlar var

 16:47 20.03.2021     675

Yevlaxda ağır yol qəzası olub.

Redaktor.az-ın məlumatına görə, hadisə az öncə  Mingəçevir-Xaldan avtomobil yolunda, Əkşəm kəndi yaxınlığında baş verib.

"VAZ 2106" və "Hyundai Elantra" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər - "VAZ 2106"-nın sürücüsü, iki qadın və biri qız uşağı olmaqla, 3 azyaşlı uşaq və "Hyundai Elantra"-nın  sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. //APA