Qazaxda ağır yol qəzası - Ölənlər var

 19:45 20.03.2021     295

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Hərəkətdə olan iki minik maşını toqquşib. Nəticədə 2 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, qəzada yaralanan və həyatını itirənlərdən birinin şəxsiyyəti müəyyənləşib. Qəzada 26 yaşlı Qasımov Cövdət Fikirət oğlu yaralanıb, 26 yaşlı  Xəlilov Elvin Ziyarət oğlu ölüb. Qəzada həyatını itirənlərdən digərinin şəxsiyyəti müəyyənləşdirilir. //APA