Mingəçevirdə intihara cəhd edilib

 23:41 20.03.2021     78

Mingəçevirdə intihara cəhdin qarşısı alınıb.

Redaktor.az-ın məlumatına görə, hadisə axşam saatlarında Kür çayı sahilində qeydə alınıb.

Özünü körpüdən çaya atmaq niyyətində olan gənc qadının intihara cəhdinin qarşısı polis əməkdaşları tərəfindən alınıb. Qadın onu xilas edənlər tərəfindən xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, qadın maddi vəziyyəti ilə əlaqədar bu addımı atıb. //APA