Bakıda yaşayış binasında yanğın olub

 09:07 21.03.2021     490

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Redaktor.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğının olması barədə məlumat daxil olduqdan sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisənin baş verdiyi ünvana cəlb olunub. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən