Ağstafada 5 nəfər dəm qazından zəhərlənib

 09:37 21.03.2021     414

Ağstafada dəm qazından zəhərlənənlərin adları məlum olub.

Redaktor.az-ın məlumatına görə, dəm qazından 1967-ci il təvəllüdlü Məmmədova İradə Paşa   qızı, 1988-ci il təvəllüdlü Məmmədov Rəşad   İbrahim  oğlu, 1984-cü il təvəllüdlü Məhərrəmova İlhamə Məhər qızı  və 1989-cu il təvəllüdlü  Məmmədov Emil İbrahim oğlu zəhərlənib.

Evdə olan azyaşlı - 2010-cu il təvəllüdlü Məmmədov İbrahim Rəşad oğlunda isə yüngül zəhərlənmənin elementləri olub. //APA