Şəmkir sakinini elektrik cərəyanı vurub

 17:30 21.03.2021     194

Şəmkirdə bədbəxt hadisə baş verib.

Redaktor.az-ın məlumatına görə,  1979-cu il təvəllüdlü Aydın İbrahimi bədənin müxtəlif hissələrinin yanğı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, A. İbrahimi şirkətlərin birində elektrik xətlərini yeniləyən zaman yüksək gərginlikli elektrik xətti qırılaraq üstünə düşüb.

Faktla bağlı araşdırma aparılır. //APA