Şəkidə yanğın olub - FHN

 10:38 22.03.2021     85

Şəkidə evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Redaktor.az-a verilən məlumata görə, Şəki şəhərində ümumi sahəsi 300 m² olan (hər mərtəbəsi 150 m²) ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.