Masallıda ağır yol qəzası baş verib - Bir nəfər ölüb

 13:57 22.03.2021     98

Martın 19-da saat 23 radələrində Masallı rayonunun Qəriblər kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Allahyarlı kənd sakini İsrafil İsrafilov vurulub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.

Ölümlə nəticələnmiş yol qəzasını törədərək hadisə yerindən yayınan Qəriblər kənd sakini Ə.Əliyev həmin avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.