Gədəbəydə bazar yanıb - FHN

 14:17 22.03.2021     427

Gədəbəy rayonunda sökülməkdə olan bazarın ərazisində ümumi sahəsi 150 kv.m olan tikilinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.