Ucarda minik avtomobili yanıb

 18:16 22.03.2021     499

Ucarda minik maşını yanıb.

Redaktor.az-ın xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib. "Opel" markalı minik maşını hərəkətdə olarkən anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar  Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, ölən və xəsarət alan olmayıb. Yanğın zamanı maşının salon hissəsi yanıb. 

Fakt araşdırılır. //APA 

22