Gəncədə qəza baş verib - Xəsarət alanlar var

 19:30 22.03.2021     428

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Nissan" markalı minik maşını ilə "Daewoo" markalı yük maşını toqquşub.

Qəza zamanı minik maşınında olan iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. //APA