Abşeronda köməkçi tikili yanıb

 09:36 23.03.2021     522

Abşeron rayonunun Fatmayı kəndində ümumi sahəsi 120 kvm olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları 20 kvm sahədə yanıb.

Redaktor.az bildirir ki, u barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.