Bakıda ata qızını zəhərli iynə ilə öldürdü - SON DƏQİQƏ

Bakıda ata qızına zəhərli iynə vuraraq öldürüb.
Redaktor.az-ın məlumata görə, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.
62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova ölüb.
H.Salmanov saxlanılıb və faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. //Report