Gəncədə mağazalardan oğurluq edən şəxs tutulub

 16:59 23.03.2021     494

Gəncədə mağazalardan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda şəhər ərazisindəki 3 mağazadan ümumilikdə 350 manat pul, 2788 manat dəyərində tütün məmulatı və danışıq kartları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini İ. İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən