Lənkəranda mağazadan və “Milliön"dən oğurluq olub

 20:19 23.03.2021     443

Lənkəranda “Milliön" ödəmə terminalından oğurluq olub.

Redaktor.az-ın xəbərinə görə, hadisə Lənkəran rayonunun Hirkan qəsəbəsində baş verib.

Qəsəbə ərazisində fəaliyyət göstərən "Həsən market"ə arxa hissədən daxil olan naməlum şəxs və ya şəxslər mağazadan oğurluq ediblər. Oğrular eyni zamanda ödəmə terminalının kassa hissəsini də sökərək 2000 manatı oğurlayıblar. Bundan başqa, ödəmə terminalına 300 manat məbləğində zərər vurulub.

Faktla bağlı araşdırma aparılır. //Report