Bakıda gənc sürücü yol qəzasında xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Qala qəsəbəsində sürücü, 1992-ci il təvəllüdlü Dadaşov Əlihüseyn Eldar oğlu idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə o, xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona baş nahiyəsinin yumşaq toxumalarının əziyi diaqnozu qoyulub. //Report