Bakıda 25 yaşlı gənc bıçaqlanıb

 06:50 24.03.2021     413

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1996-cı il təvəllüdlü Allahverdiyev Qəhrəman Əhliman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ qolun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. //Report

Vumart və Güvən reklamı Vumart Güvən