Bakıda kişi bayram tonqalında yanıb öldü

 11:16 24.03.2021     94

Bakıda 59 yaşlı kişi tonqalda yanaraq ölüb.

Redaktor.az-ın xəbərinə görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb. Rayon sakini, 1962-ci il təvəllüdlü Çələbiyev Aqil Nuru oğlu martın 21-də bayram tonqalında yanıb. Ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən kişi orada ölüb.

Faktla bağlı araşdırma aparılır. //APA