Sabirabadda tüfənglə havaya atəş açan şəxs tutulub

 13:40 24.03.2021     356

Sabirabad rayonunda xuliqanlıq hadisəsi olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 22-də rayonun Sarxanbəyli kəndi ərazisində kənd sakini V.Qurbanov xuliqanlıq zəminində ov tüfəngindən havaya atəş açıb.

Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən V.Qurbanov saxlanılıb və ondan 1 ədəd ov tüfəngi götürülüb.