Balakəndə yas mərasimi keçirilməsinin qarşısı alınıb - FOTO

 11:36 25.03.2021     489

Balakəndə şəhərin Vidadi küçəsi və rayonun Qazma kəndi ərazisində yerləşən fərdi yaşayış evlərində yas mərasiminin təşkil edilməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin ünvanlara gəlib və sanitar-karantin qaydalarının pozulduğunu aşkar ediblər. Mərasimlərin keçirilməsinin qarşısı alınıb, ölkə ərazisində elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunmasının vacibliyi diqqətə çatdırılıb.

Məclisləri təşkil edənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

2
Vumart və Güvən reklamı Vumart Güvən