Biləsuvarda qadın intihar edib

 15:39 25.03.2021     445

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Dərvişli kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1984-ci il təvəllüdlü İsgəndərova Könül Telman qızı yaşadıqları evin hamam otağında özünü asaraq intihar edib.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. //Report.az