Gəncədə iki qardaş bıçaqlanıb

 23:19 25.03.2021     450

Gəncədə iki qardaşın bıçaqlanması faktı qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Bıçaqlanan şəxslər 1991-ci il təvəllüdlü Dadaşov Salman Aydın oğlu və onun qardaşı 1992-ci il təvəllüdlü Dadaşov Osman Aydın oğludur. Hər ikisi xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat olunublar.

Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Fakt araşdırılır. //APA