Bakı sakini tanışı tərəfindən bıçaqlanıb

 10:05 26.03.2021     393

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Əzizov Sahil tanışı tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılır. //APA