Suraxanıda avtomobildən oğurluq edilib

 13:11 26.03.2021     92

Suraxanı rayonunda avtomobildən mobil telefon və videoqeydiyyat qurğusu oğurlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat tədbirləri nəticəsində martın 24-də rayon ərazisində vətəndaşa məxsus “Hyundai” markalı avtomobildən 1070 manat dəyərində mobil telefon və videoqeydiyyat qurğusu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini N.Eminov saxlanılıb.