Gədəbəydə avtomobil aşıb - İki qardaş xəsarət alıb

 17:58 26.03.2021     348

Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Xarxar kəndində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1996-cı il təvəllüdlü Məmmədov Ayxan və onun qardaşı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. //APA