Göygöldə yolun kənarında kişi meyiti tapılıb

Göygöl rayonunda yol kənarında yaşlı kişi meyiti tapılıb.
Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Quşqara kəndində qeydə alınıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Meyitin 1936-cı il təvəllüdlü Gəncə sakini Qurbanov Sabir Cəlil oğluna məxsus olduğu müəyyən edilib. Martın 19-dan etibarən həmin şəxs itkin düşdüyü bildirilir. //APA