Bakıda intihar hadisəsi baş verib

Bakı şəhərində intihar hadisəsi baş verib.
Redaktor.az-ın məlumatına görə, hadisə Xətai rayonu "Həzi Aslanov" metrostansiyasının yaxınlığındakı çoxmərtəbəli binada baş verib. Təxminən 20-25 yaşlı oğlan özünü 10-cu mərtəbədən ataraq intihar edib.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırma aparılır. //APA