Bakıda yol qəzası - Xəsarət alan var

 22:28 26.03.2021     376

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Məmmədov Elgün Əlisa oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya yerləşdirilib. //Report