Bakıda minik avtomobili yanıb

 09:35 27.03.2021     305

Bakı şəhərinin Binəqədi rayonunda "Moskviç" markalı minik avtomobilinin salonu və yük yeri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.