Qəbələdə 16 yaşlı yeniyetmə intihar edib

 18:15 27.03.2021     429

Qəbələ rayonunda 16 yaşlı yeniyetmə intihar edib.

Redaktor.az-ın məlumatına görə, hadisə rayonun Bayramkoğa kədində qeydə alınıb.

2005-ci il təvəllüdlü kənd sakini Aqşin Calal oğlu İbişov yaşadığı evin tövləsində özünü asıb. Yaxınları 16 yaşlı övladlarını xəstəxanaya çatdırsalar da, onun öldüyü məlum olub.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Qəbələ rayon şöbəsinə aparılıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. //Report.az