SON DƏQİQƏ: Tanınmış azərbaycanlı həkim qəzaya düşüb - FOTO

 12:42 28.03.2021     517

Azərbaycanın tanınmış həkimi Vasif İsmayıl avtomobil qəzasına uğrayıb.

Redaktor.az bildirir bu barədə Vasif İsmayıl "Facebook"da məlumat paylaşıb.

O hadisə ilə bağlı bunları qeyd edib:

“Kəmər taxın - həyat qurtarır!

Dünən axşam taksidə qəzaya uğradıq. Öndə oturmuşdum. Sürət 30-40 km/saat ancaq olardı. Asfalt sürüşkən. Birdən ən öndəki qırmızı "Jiquli" nədənsə dayandı. Ard-arda maşınlar bir-birinə girdi.

Boynumda şiddətli ağrı və üzümdən axan istilik hiss etdim. Bir göz qırpımından belə qısa çəkmişdi. Ani zərbədən başım maşının tavanına dəyibmiş. Alnım və başım yarıldı.

Kəmər taxma alışqanlığım olmasa, yəqin başımla şüşəyə dəyəcəkdim.

Bu qədər yavaş sürətdə....

Kəmər taxın - həyat qurtarır!”

2