Ağstafada evdə yanğın olub

Ağstafa rayonunun Aşağı Kəsəmən kəndində ümumi sahəsi 120 m² olan kürsülü birmərtəbəli evin zirzəmisində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, ev yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.