Lənkəranda evdən 2 kq narkotik götürülüb - FOTO

 12:24 29.03.2021     79

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri ilə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.  

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Nərimanabad qəsəbəsinin sakini E.Quliyev saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan 1 bükümdə heroin, 1 büküm psixotrop maddə metamfetamin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq E.Quliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 555 qram heroin, 510 qram metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

2