Köçkünlərin məskunlaşdığı tikilidə yanğın: Xəsarət alanlar var

 14:14 29.03.2021     379

Abşeron rayonunda ümumi sahəsi 200 m² olan, məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilidə sahəsi 35 m² olan iki otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

Redaktor.az FHN-in saytına istinadən xəbər verir ki, yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən