Göygöldə yol qəzasında - Xəsarət alan var

 20:53 29.03.2021     85

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun rayonun Qızılca kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” ilə “VAZ 2106” markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 qadın xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. //APA