Bakıda gənc naməlum şəxs tərəfindən bıçaqlanıb

 22:17 29.03.2021     294

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az-ın məumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Binə qəsəbəsində 1992-ci il təvəllüdlü Əzizov Sahil Məhəmməd oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. //Report