Bakıda avtomobil yeniyetməni vurub

 23:51 29.03.2021     269

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Zabrat qəsəbəsində 2006-cı il təvəllüdlü Bağırov Nihat Elçin oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona sol dizin əziyi diaqnozu qoyulub. //Report