Masallı sakinindən narkotik götürülüb

 12:44 30.03.2021     477

Masallı sakini Bakıda narkotiklə tutulub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Masallı rayon sakini A.Ağabalayevin Xətai rayonundakı kirayədə yaşadığı mənzilə baxış keçirilib.

Əməliyyat zamanı mənzildən 1 kiloqram 147 qramdan artıq heroin, 72 qramdan artıq tiryək və 14 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.

Vumart və Güvən reklamı Vumart Güvən