Qaxda yaşadığı evi tərk edən COVID-19 xəstəsi saxlanılıb

 13:06 30.03.2021     415

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət-profilaktik tədbirlər zamanı  aktiv koronavirus xəstəsi ictimai yerdə aşkar olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Redaktor.az-a verilən məlumata görə,  rayonun Əlibəyli kənd sakini Canaşvili Vaxtanqinin koronavirus testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. C.Vaxtanqi idarə etdiyi “VAZ 2107” markalı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən  polis əməkdaşları tərəfindən saxlanılıb.  

Həmin şəxslə izahedici söhbətlər aparılıb, tibbi proseduralar da gözlənilməklə yaşadığı evə qaytarılıb.