Bakıda iki avtomobil toqquşub - Xəsarət alanlar var

 21:35 30.03.2021     313

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Abdullayeva Nigar Əyyar qızı və 2009-cu il təvəllüdlü Abdullazadə Ruslan Ramin oğlu xəsarət alıb.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. N. Abdullayevaya döş qəfəsinin, R. Abdullazadəyə isə sağ baldırın əziyi diaqnozları qoyulub. //Report

Vumart və Güvən reklamı Vumart Güvən