İmişli sakini külli miqdarda narkotiklə saxlanılıb

 23:13 30.03.2021     85

İmişli rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.

Redaktor.az-ın məlumatına görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Hüseynli İbiş Adil oğlu qəbiristanlıqda gizli saxlanc yerindən bağlama götürərkən saxlanılıb. Bağlamaya baxış zamanı oradan 760 qram narkotik vasitə olan heroin, 980 qram psixotrop maddə olan metamfetamin və 1,585 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.

Araşdırma zamanı məlum olub ki, İ.Hüseynli 2017-ci ildə həbsdə olarkən İran İslam Respublikasının vətəndaşı ilə tanış olub. İ.Hüseynliyə zəng edən həmin şəxs rayonun Rəsullu kəndində bağlama olduğunu deyib. Birinci bağlamanı qəbiristanlıqdan götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. //APA