Bakıda piyadanı vuran avtomobil hadisə yerindən uzaqlaşıb

 23:46 30.03.2021     312

Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən avtoqəza baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Yol kənarı ilə hərəkətdə olan 1987-ci il təvəllüdlü Babayev Rahim Cabir oğlunu naməlum avtomobil vurub. Hadisəni törədən sürücü ərazidən uzaqlaşıb. Yaralı komatoz vəziyyətdə xəstəxanaya yerləşdirilib.