Bakıda avtomobilin vurduğu piyada ölüb

 13:49 31.03.2021     386

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, Nərimanov rayonunun Z.Bünyadov prospektində Sumqayıt şəhər sakini R.Qiyasov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ə.Bayramovu vurub. Qəza nəticəsində xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən