İmişlidə qadına qarşı soyğunçuluq edilib

 13:58 31.03.2021     126

İmişli rayonunda soyğunçuluq hadisəsi olub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində martın 30-da Bəhrəmtəpə qəsəbəsi ərazisində soyğunçuluq yolu ilə qəsəbə sakini G.Şahverənovanın içərisində 2 500 manat pulu, qızıl-zinət əşyaları və sənədləri olan çantasını talamaqda şübhəli bilinən həmyerlisi V.Quliyev müəyyən edilərək saxlanılıb.