Goranboyda 24 yaşlı qız itkin düşüb - FOTO

 16:03 31.03.2021     235

Goranboyda itkin düşən şəxs axtarılır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Goranboy rayon Kələk kənd sakini, 1997-ci il təvəllüdlü Aytəkin Hüseynova fevralın 6-da  yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

A.Hüseynovanın  əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, qara uzun saçları vardır. Evdən çıxarkən onun əynində qara rəngli şalvar, göy rəngli cins gödəkcə və qara rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-24-5-30-72  şəhər və (050/055) 301-10-77  mobil nömrəsinə  zəng vuraraq məlumat vermələri xahiş olunur.

2