Gəncədə qadın sirkə turşusu içərək zəhərlənib

 21:46 31.03.2021     360

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

Redaktor.az-ın məlumatına görə, hadisə şəhərin Fikrət Əmirov küçəsindəki mənzildə baş verib.

1992-ci il təvəllüdlü Aslanova Turanə Azər qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib. 29 yaşlı qadının hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. //APA