SON DƏQİQƏ: Azərbaycanlı avtoritetlər arasında atışma - ÖLƏN VAR / VİDEO

 11:27 01.04.2021     208

Ötən gün Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışma olub.

Redaktor.az xəbər verir ki, atışma anı binalardan birindən həvəskar kamera ilə qeydə alınıb.

Atışma bir müddət öncə güllələnərək öldürülən "Lotu Qulini"n (Nadir Səlifov) yaxın adamları ilə mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan "Naxçıvanlı Baba", "Xarkov Fuad” ləqəbli Fuad Hacızadə və digər bir kriminal aləm üzvü arasında gedib.

Nəticədə "Naxçıvanlı Baba" hadisə yerinə ölüb, "Xarkov Fuad" isə yaralanıb.

Kriminal aləmdə yayılan söhbətlərə görə, bu hücum mərhum "Lotu Qulini"n qohumu Maqa Rustavskinin bıçaqlanmasının qisası kimi edilib. Məlumata görə, bir müddət öncə Rövşən Lənkəranskinin yaxınları Maqanı qarnından bıçaqlayaraq ağır xəsarət yetirmişdilər.

Qeyd edək ki, "Naxçıvanlı Baba" peşəkar cüdoçu olub və müxtəlif turnirlərdə yer tutub. Daha sonra isə kriminal aləmə qoşulub. //Qafqazinfo.az